Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pomepo ilə görüşür.
Görüş Vaşinqtonda baş tutub. Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi görüşdən sonra Pompeo ilə Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanın görüşü başlayacaq.
Danışıqlar zamanı ABŞ-ın Dağlıq Qarabağda davam edən döyeşlərlə bağlı rəsmi mövqe bildirməsi gözlənilir.