1 C
Baku
Saturday, December 14, 2024

Ceyhun Osmanlı yenidən siyasi səhnəyə qayıdır – hərəkat yaradır

Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis olunur.

Sabiq millət vəkili Ceyhun Osmanlı APA-ya bildirib ki, hazırlıq işlərinin aparılması ilə bağlı artıq təşkilat komitəsi yaradılıb.

“Yaşıllar deyəndə, bəzən ağla ilk olaraq ekologiya və təbiətin mühafizəsi gəlir. Lakin bunlarla yanaşı, yaşıl iqtisadiyyat, insan hüquq və azadlıqları, gənclərə dəstək, məşğulluq məsələləri, gender bərabərliyinin qorunması, iştirakçı demokratiya kimi məsələlər də Yaşılların fəaliyyət sahələrinə aiddir”, – deyə C. Osmanlı qeyd edib.

O, bildirib ki, ölkədə gedən yeni islahatlar konsepsiyasının uğurla icrasına və yeni dünya nizamında Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yönələn kursa töhfə vermək Hərəkatın əsas məramlarındandır.

“Avropa Yaşıllar Hərəkatı və Qlobal Yaşıllar Hərəkatı ilə əməkdaşlıq da qarşıda duran planlar sırasındadır”, – deyə C. Osmanlı qeyd edib.

Son xəbərlər
Digər xəbərlər