10 C
Baku
Wednesday, December 11, 2024

Checkout.com fintex startapı 5,5 milyard dollar dəyərində qiymətləndirilib

“Checkout.com” ödəmə xidməti Avropadakı ən bahalı fintex startaplardan birinə çevrilib. Qiymətləndirmələrə görə, onun dəyəri 5,5 milyard dollara çatıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, ümumilikdə investorlar “Checkout.com” xidmətinə 150 milyon dollar sərmayə qoyublar. Maliyyə raunduna texnologiya sektoruna yönələn “Coatue” hedge-fondu rəhbərlik edib. Bundan əlavə, maliyyə raundunda Londonun “Blossom Capital”, Yuriy Milnerin təsis etdiyi “DST Global”, Sinqapurun GIC fondu və Amerikanın “Insight Partners” şirkəti iştirak edib.

Xatırladaq ki, “Checkout.com” onlayn ödəmə operatoru 2012-ci ildə yaradılmışdır, qərargahı Londonda yerləşir. Startap 2019-cu ilin may ayında 230 milyon dollar (Avropa fintex startapı üçün rekord hesab olunur) cəlb edərək, investorların diqqətini cəlb edə bilmişdir. O vaxtdan bəri şirkət tranzaksiyaların həcmini 250% artıraraq, Sinqapurun “Gail” tətbiqi və Amerikanın “Robinhood” xidməti daxil olmaqla, özünə bir çox tanınmış müştəri qazandı.

Hazırda “Checkout.com” ofislərində 750 nəfər çalışır və bu, ötən il ilə müqayisədə 50% çoxdur. “Bain” in qiymətləndirmələrinə görə, 2025-ci ildə rəqəmsal ödənişlərin payı 10 faiz punkt arta bilər, CNBC əlavə edir.

Son xəbərlər
Digər xəbərlər