13 C
Baku
Saturday, November 16, 2024

Chery şirkəti ən bahalı krossoverini nümayiş etdirib – Fotolar

Çinin Chery şirkəti yeni Tiggo 8 modeli ilə paralel olaraq satılacaq və ölçülərinə görə onu üstələyəcək Pro indeksli krossover haqqında məlumatla bölüşüb. Chery Tiggo 8 Pro krossoveri çin markasının ən bahalı modeli olacaqdır.

Hələlik avtomobil istehsalçısı, Tiggo 8 Pro modelinin eksteryer dizaynını əks etdirən üç rəsmi şəklini dərc edib. Çinin Sina.com.cn nəşrinin bildirdiyinə görə, flaqman krossoveri ölçülərinə görə standart Tiggo 8 modelini üstələyir: Pro modelinin qabarit uzunluğu 4722 millimetr təşkil edir ki, bu da adi krossoverdə olduğundan 22 millimetr çoxdur.

Chery Tiggo 8 Pro krossoveri

Bundan başqa, Pro versiyası adi Tiggo 8 modelindən dizayn baxımından da fərqlənir. Məsələn, radiator barmaqlığı fərqli dizayna malikdir (loqotip olan üfiqi xrom zolaq yoxdur), ön və arxa işıq texnikası fərqlidir. Bundan əlavə, Tiggo 8 Pro modeli 19-düymlük təkər diskləri ilə təklif ediləcəkdir.

Flaqman modeli Çin bazarında payızın ortalarında satış debütü etməlidir. Yerli bazarda Tiggo 8 Pro krossoveri 195 at qüvvəli 1,6-litrlik benzin turbomühərriki və yeddi pilləli Getrag preselektiv “robotu” ilə təklif ediləcək. Eyni güc qurğusu standart Tiggo 8 modelində də quraşdırılır. Tiggo 8 modelində olduğu kimi, yeni krossover də ön ötürməlidir.

Chery Tiggo 8 Pro modelinin qiymətləri onun rəsmi təqdimatına yaxın zamanda elan ediləcəkdirBöyük ehtimalla, yeni model qabaqcıl avadanlıq və zəngin opsiyalar siyahısı sayəsində Tiggo 8 krossoverinin top versiyasından bir qədər bahalı olacadır. Çində 1.6-litrlik mühərriklə təchiz edilmiş Chery Tiggo 8 modelinin ən bahalı versiyası 155.9 min yuana (34 min manata) satılır.

Chery Tiggo 8 Pro krossoveri2 Chery Tiggo 8 Pro krossoveri3 Chery Tiggo 8 Pro krossoveri4

Son xəbərlər
Digər xəbərlər