2 C
Baku
Saturday, December 14, 2024

“Chevrolet” ən ucuz modelinin istehsalını dayandırır

“General Motors” konserni ABŞ bazarında ən ucuz avtomobil sayılan “Chevrolet Spark” modelinin istehsalını 2022-ci ildə dayandıracaq. Qeyd edək ki, hazırda “Chevrolet Spark”ın qiyməti 13 600 dollardan başlayır.

Banker.az xəbər verir ki, modelin istehsalı satışların azalması səbəbindən dayandırılır. Belə ki, keçən il ABŞ-da cəmi 24.4 min “Chevrolet Spark” satılıb. 2020-ci ildə COVID-19 pandemiyasının birinci və ikinci dalğaları zamanı modelin satışı 33.5 min ədəd təşkil edib.

“Spark”ın satışdan götürülməsi ilə ABŞ-da ən ucuz avtomobil “Chevrolet Trax” krossoveri olacaq. İndi bu modelin qiyməti 21 400 dollardan başlayır.

Son xəbərlər
Digər xəbərlər