Çili Azərbaycanda diplomatik nümayəndəliyini açmaq qərarını verib.
Bu haqda Banker.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bununla bağlı Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə nota ünvanlanıb.
Notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili Səfirliyinin Bakıda açılacağı qeyd olunub.