26 C
Baku
Tuesday, May 28, 2024

Çilidə meymunçiçəyindən ilk ölüm qeydə alınıb

Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyi xəstəliyindən ilk ölüm faktını təsdiqləyib.

Bu barədə nazirliyin məlumatında deyilir.

“Səhiyyə Nazirliyi Çilidə meymunçiçəyinin ağırlaşması nəticəsində ilk ölüm hadisəsi barədə məlumat verir. Bu, sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir”, – məlumatda deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun xroniki xəstəlikləri olub, immuniteti zəifləyib.

Bu günə qədər Çilidə meymunçiçəyinə 1 200-dən çox yoluxma müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlərə başlanılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər