20 C
Baku
Thursday, May 2, 2024

Çin əmlak bazarını xilas etmək üçün hərəkətə keçdi – 16 maddəlik plan

Çin dərin tənəzzül və likvidlik problemlərindən əziyyət çəkən əmlak bazarını xilas etmək üçün 16 maddəlik bərpa planı hazırlayıb.

Mənbələr Bloomberg-ə bildiriblər ki, Çin Xalq Bankı (PBOC) və Çin Bankçılıq və Sığorta Tənzimləmə Komissiyası cümə günü maliyyə qurumlarına daşınmaz əmlak sektorunun “sabit və sağlam inkişafı”nı təmin etmək üçün planlarla bağlı bildiriş göndərib.

Banker.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, bu paket əvvəlki dəstəkləyici addımlardan fərqli olaraq geniş əhatəli tədbirlərdən ibarətdir. Paketə mənzil inşaatçılarının üzləşdiyi likvidlik böhranından tutmuş ev alıcıları üçün ilkin ödəniş tələblərinin yüngülləşdirilməsinə qədər tədbirlər daxildir.

Bərpa planına əsasən, mənzil-tikinti şirkətlərinin növbəti 6 ay ərzində vaxtı çatan ödənilməmiş bank kreditləri və borcları bir il müddətinə uzadıla, istiqrazlarının ödənişi isə danışıqlar yolu ilə ertələnə və ya dəyişdirilə bilər.

Qeyd edək ki, cümə günü COVID-19 məhdudiyyətlərinin iqtisadi və sosial yükünü yüngülləşdirməyə yönəlmiş 20 bəndlik paket elan edilmişdi. Ardınca gələn əmlakla bağlı 16 maddəlik plan, Si Cinpinin diqqətini iqtisadiyyatı xilas etməyə yönəltdiyinin bir əlaməti hesab edilir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər