9 C
Baku
Thursday, December 12, 2024

Çin 2035-ci ilə qədər nüvə başlıqlarının sayını üç dəfə artıracaq

Çin 2035-ci ilə qədər nüvə başlıqlarının sayını üç dəfə artıraraq onların sayını 900-ə çatdırmaq niyyətindədir.

Məlumata görə, ölkənin nüvə arsenalının artırılması iki mərhələdə baş verəcək. 2027-ci ilə qədər Çində döyüş başlıqlarının sayı 550-yə, 2035-ci ilə qədər isə 900-ə çatdırılacaq.

Bildirilir ki, Çin prezidenti Si Cinpin nüvə potensialının artırılması üçün bu planı artıq təsdiqləyib.

Ölkədə ABŞ-la münasibətlərin kəskinləşməsi və Tayvan ətrafında vəziyyətin gərginləşməsi səbəbindən belə bir addım atmağa qərar verilib.

Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına əsasən, “nüvə klubu”nun bütün ölkələri nüvə silahı ilə bağlı proqramları fəal şəkildə inkişaf etdirməyə davam edir. Yaxın on ildə dünyada nüvə silahlarının sayı xeyli artacaq.

Son xəbərlər
Digər xəbərlər