13 C
Baku
Thursday, April 18, 2024

Çin 5G texnologiyası üçün 718 min stansiya quraşdırıb

Çində 5G rabitə şəbəkəsi üçün ümumilikdə 718 min stansiya quraşdırılıb ki, bu da dünyadakı bütün stansiyaların təxminən 70%-ni təşkil edir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fevralın 23-də Çin Xalq Respublikasının sənaye və informatizasiya nazirinin müavini Liu Lehong məlumat verib.

Onun sözlərinə görə, Çində beşinci nəsil standartı ilə təxminən 200 milyon terminal işləyir. Üstəlik, ölkə bazarında 2.18 milyondan çox 5G texnologiyalı mobil telefon daxil olub.

Qeyd edək ki, Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabr ayının sonunda əhaliyə beşinci nəsil rabitə xidmətləri göstərməyə başlayıb. 2020-ci ildə ölkədə5G üçün təxminən 580 min baza stansiyası quraşdırılmışdır və bu, demək olar ki, bütün rayon əhəmiyyətli şəhərləri əhatə etmişdir. ÇXR Sənaye və İnformasiya Nazirliyinin verdiyi məlumata görə, 2021-ci ildə 600 mindən çox yeni stansiyanın quraşdırılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər