Çin Honkonqun daxili işlərinə müdaxilə edən ABŞ rəsmilərinə qarşı viza məhdudiyyətlərini tətbiq edəcək.
Banker.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zhao Lijian məlumat verib.
“Əlbəttə, bu yeni tədbirdir. Honkonqla bağlı məsələdə pis niyyəti olan amerikalılara qarşı viza məhdudiyyətlərini tətbiq etmək qərarına gəldik”, – nümayəndə söyləyir.
Nümqayəndə qeyd edir ki, sanksiyalar tətbiq ediləcək şəxslər bu barədə “instinktiv olaraq özləri bilirlər”.
Xatırladaq ki, daha əvvəl ABŞ da Çin Kommunist Partiyası rəsmilərinə qarşı sanksiya tətbiq etmişdir.