7 C
Baku
Sunday, December 15, 2024

Çin ABŞ-dən gələn peyvənddən imtina edib

Çin hakimiyyəti ölkədə yeni koronavirus dalğasına baxmayaraq, ABŞ-dən gələn peyvəndi qəbul etməkdən imtina edib.

Vaşinqton dəfələrlə Pekinə COVID-19 ilə mübarizədə effektivliyini göstərən “mRNA” vaksinlərinin tədarükünü təşkil etməyi təklif etsə də, Çin rəsmiləri hər dəfə bundan imtina ediblər.

Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi qeyd edib ki, Çində hazırlanmış peyvəndlər yüksək effektivliyə malikdir və onların istehsalı ölkəyə dərmanların ixracı üçün imkanlar açır.

Eyni zamanda, Birləşmiş Ştatlar fərqli mövqe tutur və hesab edir ki, Pekinin imtinası Çin hakimiyyətinin yeni infeksiya epidemiyasının öhdəsindən təkbaşına gələ bilmədiklərini göstərmək qorxusu ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər