12 C
Baku
Tuesday, April 15, 2025

Çin ABŞ-dən idxal olunan mallara rüsumları 84%-ə qaldırdı

Çin aprelin 10-dan ABŞ-dən idxal olunan mallara rüsumları 34%-dən 84%-ə qaldırır, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bu tədbir ABŞ prezidenti Donald Trampın Çin məhsullarına rüsumların artırılmasına cavab olaraq atılıb.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. Pekin Vaşinqtonu “səhvini dərhal düzəltməyə”, bütün birtərəfli tarif tədbirlərini ləğv etməyə və fikir ayrılıqlarını “qarşılıqlı hörmətə əsaslanan bərabər dialoq” yolu ilə həll etməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər