10 C
Baku
Friday, December 13, 2024

Çin ABŞ dollarının məzənnəsini zəiflədə bilər

Çin ABŞ-ın dövlət borcuna investisiyaları 3 mlrd. dollar azaltmağa hazırlaşır.

Banker.az mənbəyə* istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Yazıda qeyd olunub ki, hökumət bununla bağlı investisiya banklarına tapşırıq verib. Tapşırığa əsasən, ABŞ-ın 5,10 və 30 il tədavül müddəti olan xəzinə istiqrazları yeni investorlara təklif olunacaq.

Bu, Çinin, ABŞ-ın qiymətli kağızlarının satışı üzrə 2018-ci ildə 2-ci, 2014-cü ildən isə 3-cü addımı olacaq. Qeyd edək ki, bu ilin iyul ayında rəsmi Pekin 7,7 mlrd. dollarlıq istiqrazdan azad olub.

“The Wall Street Journal” hesab edir ki, son aylarda bahalaşmış ABŞ istiqrazları yenidən ucuzlaşacaq, onların gəlirliliyi isə artacaq. Çin istiqraz satışından əldə etdiyi dollar kütləsini satışa çıxaracağı və bu yolla Amerika valyutasının məzənnəsini zəiflədəcəyi gözlənilir.

Bununla belə, Çin ABŞ-ın dövlət borcu alətləri üzrə ən iri xarici investor olaraq qalacaq. Hazırda Çinin ABŞ-a “verdiyi” borcun 1,17 trln. dollar civarında olduğu bildirilir.

– Report

Son xəbərlər
Digər xəbərlər