Çin borclu ölkələrə borc vermək hüququ uğrunda mübarizədə ABŞ ilə rəqabət aparır. “Bloomberg” Harvard Universitetinin Uilyam və Meri Kollecindəki “AidData” tədqiqat layihəsinin Dünya Bankının iqtisadçılarının araşdırmasının nəticələrinə istinadən xəbər verir ki, Çin inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük kreditoru olub.
İnkişaf etməkdə olan ölkələrə kreditlərin verilməsi üçün maliyyə mənbəyi kimi Çin hakimiyyəti yerli Mərkəzi Bankın əhəmiyyətli ehtiyatlarından istifadə edir. Məqalədə deyilir ki, valyuta tənzimləyicisinin bu məqsədlər üçün pul ehtiyatları 3.3 trilyon dollar həcmində qiymətləndirilir.
2016-cı ildən 2021-ci ilə qədər Çinin ən azı iki borclu ölkəsi Pekinə ödəniş etməkdə müəyyən çətinliklərlə üzləşib. Eyni zamanda, maliyyə problemləri koronavirus pandemiyasının nəticələri ilə daha da kəskinləşib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə yardım üçün cəmi 144 milyard dollar ayırıb.
Martın 22-də ABŞ Senatında Dünya Bankının Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim edilib. Bu təşəbbüs onunla izah olunur ki, ABŞ hakimiyyət orqanları öz pul və resurslarının ÇXR-ə deyil, onlara daha çox ehtiyacı olan ölkələrə getməsinə əmin olmaq öhdəliyi daşıyır.