16 C
Baku
Wednesday, October 16, 2024

Çin: “ABŞ Tayvana silah satışını dayandırmalıdır”

“Amerika Birləşmiş Ştatları Tayvana silah satışını dayandırmalıdır”.

Bu açıqlama ilə Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Lyu Penyuy çıxış edib.

Çin rəsmisi bildirib ki, Vaşinqtonun Tayvanla hərbi sahədə istənilən təması “Vahid Çin” prinsipinə ziddir.

Qeyd edək ki, “Vahid Çin” prinsipinə əsaslanan Pekin Tayvandakı qurumun mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər