16 C
Baku
Friday, April 18, 2025

Çin ABŞ-yə qarşı tarifləri 125%-ə qaldırıb

Amerika administrasiyasının proteksionist hərəkətlərinə cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ mallarına tətbiq edilən tarifləri 84%-dən 125%-ə qaldırır. Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsi məlumat yayıb.

Yayılan bəyanatda qeyd edildiyi kimi, Vaşinqtonun Çin məhsullarına tətbiq etdiyi həddən artıq yüksək rüsumlar “beynəlxalq ticarət və iqtisadi qaydaların, əsas iqtisadi qanunların və sağlam düşüncənin ciddi şəkildə pozulması, tamamilə birtərəfli hədə-qorxu və məcburiyyət hərəkətidir”.

ABŞ lideri Donald Tramp aprelin 2-də 185 ölkə və regiondan gələn mallara gömrük rüsumlarının tətbiq ediləcəyini elan edərək genişmiqyaslı ticarət müharibəsinə start verib. Çinə münasibətdə tariflər 125% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər