7 C
Baku
Thursday, December 12, 2024

Çin Amerika nümayəndə heyətinin Tayvana səfəri ilə bağlı çağırış edib

“Amerika nümayəndə heyətinin Tayvana səfəri “vahid Çin” prinsipinə ziddir, həmçinin Çinin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır”.

Bu sözləri Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin keçirdiyi brifinqdə deyib.

“Bu, “vahid Çin” prinsipi və Çin-Amerika birgə kommünikesi, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bundan əlavə, bu, Tayvandakı separatçı qüvvələrə yanlış siqnal göndərir”, – o deyib.

O, həmçinin qeyd edib ki, ÇXR ABŞ-ı “vahid Çin” prinsipinə əməl etməyə çağırır.

Van Venbinin sözlərinə görə, Çin milli suverenliyi və ərazi bütövlüyünün qorunması üçün qətiyyətli və effektiv tədbirlər görəcək.

Qeyd edək ki, senator Ed Markinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti bazar günü axşam Tayvana ikigünlük səfər edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər