-3 C
Baku
Sunday, December 15, 2024

Çin avtomobillərinin Azərbaycandakı rəsmi dilleri keçən il 60 mln. manat gəlir əldə edib

Azərbaycanda alman avtomobil markası ilə bərabər bir sıra Çin istehsalı olan avtomobillərin rəsmi dileri “Azərbaycan Automobiles” QSC 2023-cü ildə əsas əməliyyat gəlirlərinin 2022-ci il ilə müqayisədə 26.3% artaraq 60.49 milyon manata çatdığını bəyan edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik audit hesabatında qeyd edilir.

Öncəki ildə şirkət 47.87 mln. manatlıq əsas əməliyyat gəliri əldə etmişdi.

“Azərbaycan Automobiles” QSC “Volkswagen”in Azərbaycanda rəsmi dileri olmaqla paralel, “Great Wall Motors” və “Haval”ın da rəsmi dileridir.

Şirkətin satışının maya dəyəri 2022-ci ildəki 39.20 milyon manatdan 22.3% artaraq 47.95 milyon manata yüksəlib. Ümumi mənfəət isə ötən ilki 8.67 milyon manatdan 45% artımla 12.53 milyon manata yüksəlib. Lakin hesabatda ümumi mənfəətin hansı kalkusiya ilə 3.54 milyon manata göstərildiyi anlaşılmır. Belə ki, ümumi mənfəət dedikdə şirkətin satış və onun maya dəyərinin fərqi başa düşülür.

Şirkətin hesabat dövründə bütün gəlirlər və xərcindən sonra xalis mənfəəti 2022-ci ildəki 0.44 milyon manatdan 1.21 milyon manata yüksəlib ki, bu da 174.9% artım deməkdir.

“Azərbaycan Automobiles”in ard-arda xalis mənfəətinə rəğmən onun kapital balansındakı illərin yığılmış mənfəəti 2023-cü ilin sonuna 0.89 mln. manata düşüb.

Şirkətin hesabatına görə, onun 22.29 mln. manat aktivi (2022: 22.07 mln. manat) var, bunun da cəmi 1.08 mln. manatı pul vəsaitləridir. Öhdəliklər 20.18 mln. manat, xalis aktivləri isə 2.11 mln. manatdır.

Hesabatdan olan nüsxələri sizə təqdim edirik:

11123123

3243242

232 1 22222222222222423423

Son xəbərlər
Digər xəbərlər