Çin Azərbaycanın smartfon bazarının böyük hissəsini “ələ keçirir”

Azərbaycana xaricdən gətirilən smartfonların sayı ikiqat yüksəlir və Çinin bazar payı bir qədər də genişlənməkdədir.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilib.

Məlumata əsasən, 2023-cü ilin ilk 11 ayında Azərbaycan xaricdən 1 mln. 141.35 minə yaxın smartfon idxal edib və idxal dəyəri $303.78 mln. təşkil edib. Bununla idxal miqdarı illik 91%, dəyəri isə 127% artıb.

Azərbaycanın idxal etdiyi smartfonların 72%-i Çinin payına düşüb. Yəni hər 10 telefondan 7-si Çindən gəlir. Bu ölkənin 2022-ci ilin eyni dövründə 60% idi. Həmin dövrdə Çindən ölkəmizə 817.96 min ədəd və ya $216.56 mln.-luq telefon idxal edilib.

Smartfonların 253.1 min ədədi ($63.95 mln.) Vyetnamdan, 67.48 min ədədi ($20.45 mln.) Hindistandan idxal edilib.

Bununla belə dördüncü ən çox idxal edilmiş ölkə ABŞ-dir. Bu ölkədən Azərbaycana 1 027 ədəd smartfon $1.19 mln. təşkil edib.

Son xəbərlər
Digər xəbərlər