26 C
Baku
Saturday, July 27, 2024

Çin banklarından Türkiyədəki bu layihəyə maliyyə dəstəyinin dayandırılması tələb edilir

Çinin iyirmidən çox qeyri-hökumət təşkilatı Çin banklarını Türkiyədə daşkömürlə işləyən elektrik təsərrüfatına yatırılan maliyyə yardımını geri çəkməyə çağırıblar. Daşkömür yanacağının ətraf mühitə zərərli və Çinin tutduğu  “yaşıl” vədi olan Bir-Kəmər-Bir-Yol layihəsinə etimadsızlıq olması ilə əlaqələndiriblər. Banker.az bu barədə Bloomberg-ə istinadən bildirir.

Qrup üzvləri və bununla bağlı Çin İnkişaf Bankı, “Bank of China Ltd” və “Industrial and Commercial Bank of China Ltd” adlı banklara məktub göndərərək, onların “Emba Huntulu” layihəsinə olan maliyyələşməni dayandırmağı tələb ediblər. Hətta fəallar tərəfindən bununla bağlı onlayn petisiyada 19 min imzanın da toplandığı bildirilir.

Fəallar kəskin şəkildə daşkömür layihələrini hədəfə alaraq, bu layihələrə yatırılan maliyyə dəstəyinin (eləcə də kredit) dayandırmağı tələb edirlər. Əvəzdə isə təbiətə daha az zərər verən enerji mənbələrini üzrə layihələrə yatırım edilməsi çağırılıb.

“Bank of China” bununla bağlı çağırışa heç bir reaksiya vermir.

Huntulu elektrik təsərüfatı Çinin son 15 ildə $1.38 milyard yatırım etdiyi layihə ilə ən böyüklərindən olmaqla Çinin 3 bankından maliyələşib.

1 320 meqaVat gücə sahib olan bu stansiya cari ilin sentyabrında start gptürüb, növbəti ilin sonuna tamamlanmaq üzrədir.

Son xəbərlər
Digər xəbərlər