Çin BMT-ni Rusiya ərzaq və gübrələrinin ixracının təmin edilməsində konstruktiv rol oynamağa çağırıb.
Bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Day Binq Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.
“Qloballaşma dövründə sanksiyalar və ərzaq tədarükü zəncirinin bağlanması bütün dünya, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün yalnız dəhşətli nəticələrə gətirib çıxaracaq”, – Day Binq bildirib.
Onun sözlərinə görə, ərzaq böhranının qarşısının alınması üçün Rusiya taxıl və materiallarının ixracına başlamaq üçün praktiki nəticələrə ehtiyac var.