8 C
Baku
Wednesday, January 8, 2025

Çin bu “müharibədə” valyutasını necə qorumaq istəyir?

Honkonqda yuanın maliyyələşmə xərcləri son illərin ən yüksək səviyyəsinə çatıb. Banker.az xəbər verir ki, Çinin valyutanı sabitləşdirmə səylərinin ofşor bazarda likvidliyi sıxışdıra biləcəyinə dair narahatlıqlar artır.

Honkonqda ofşor yuanın overnayt banklararası faiz dərəcəsi çərşənbə axşamı 8.1%-ə yüksələrək iyun 2021-dən bəri ən yüksək səviyyəyə çatdı. Bir aylıq faiz dərəcəsi də aprel ayından bəri ən yüksək səviyyəyə qalxdı. Daha sərt pul şəraiti treyderlər üçün valyutanı qısaltmağı daha bahalı edir və bununla da eniş proqnozlarını zəiflədir.

“Çinin Xalq Bankı (PBOC) overnayt banklararası kreditləri 4%-dən yuxarı səviyyədə daha uzun müddət saxlaya bilər,” deyə “Australia & New Zealand Banking Group”un strateqi Zhaopenq Sinq bildirib. O, yaxın zamanda qeyd edilən məsələ yuanın dollar qarşısında 7.40 səviyyəsinə düşməsinin qarşısını almaq istəyə bilər, deyə əlavə edib.

PBOC yuanın 2%-lik hərəkət məhdudiyyəti olan gündəlik istinad məzənnəsindən istifadə edərək valyutanın itkilərini azaltmağa çalışır. Lakin, ABŞ-ın tarif təhdidləri və zəif iqtisadiyyat qarşısında digər alətlərdən istifadə edəcəyinə dair gözləntilər artır.

Yerli media orqanı Yicai bazar ertəsi bildirdi ki, PBOC Honkonqda istiqraz hərraclarını artırmağı planlaşdırır, bu da artıq likvidliyi azaltmaq üçün nəzərdə tutulur. Bank əvvəllər Honkonqda likvidliyi sıxışdıraraq yuanı sabitləşdirmişdi.

Treyderlərin sözlərinə görə, ofşor yuanın likvidliyi xüsusilə keçən həftədən bəri gecəlik müddətlərdə bankların, o cümlədən dövlət banklarının yüksək borclanma tələbi səbəbindən svop bazarında sıxlaşır. Dövlət banklarının ofşor yuan likvidliyini azaltması və bu ay əlavə istiqraz buraxılışı haqqında məlumatlar tələblə təklif arasındakı boşluğu daha da artırıb.

Dollar-ofşor yuanın (USD/CNY) bir aylıq forvard kontraktları bu həftə avqust 2023-dən bəri ən yüksək səviyyəyə çataraq daha sıx likvidliyin əlamətini verdi.

“Yuan məzənnəsi ilə spot arasındakı fərq genişləndiyi üçün ofşor likvidlik kimi digər alətlərdən istifadə ediləcəyi ehtimal olunur,” deyə “Overseas-Chinese Banking Corp.”dan strateq Fransez Çeunq Bloomber agentliynə bildirib. Onun sözlərinə görə, PBOC ofşor yuan faizlərini artırmaq istəyirsə, daha böyük həcmdə istiqrazlar buraxmalıdır, çünki ofşorda depozitlər 1 trilyon yuandan ($136.5 milyard) çoxdur.

Ofşor yuan Honkonqda yerli vaxtla saat 13:36-da dollara qarşı 0.1% artaraq 7.3387 səviyyəsinə çatdı. Valyuta dekabr ayında iki ildən çox müddətdə ən aşağı səviyyəyə düşmüşdü.

 

Son xəbərlər
Digər xəbərlər