Aprelin 10-dan etibarən Çin hakimiyyəti ABŞ-dən idxal edilən bütün məhsullara 34% əlavə rüsum tətbiq edəcək. Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyası məlumat yayıb.
Bu addım ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavabdır. “ABŞ-nin hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun gəlmir, Çinin qanuni hüquq və maraqlarına ciddi zərbə vurur və birtərəfli zorakılığın tipik nümunəsidir”, – bəyanatda deyilir.