9 C
Baku
Thursday, December 12, 2024

Çin cari ildə ÜDM artımının 5% civarında olacağını hədəfləyir

Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyir.

Bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.

Li Çian ötən maliyyə ilində ölkədə 12.44 milyon yeni iş yerinin açıldığını, hökumətin cari maliyyə ilində də 12 milyon yeni iş yerinin yaradılmasını hədəflədiyini açıqlayıb. O, hökumətin tədbirli maliyyə siyasətini həyata keçirəcəyini, dövlət büdcəsində investisiyalar üçün 700 milyard yuan nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, ötən il Çində ÜDM 5.2 faiz artaraq 126 trilyon yuan (təxminən 17.5 trilyon ABŞ dolları) olub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər