6 C
Baku
Saturday, December 14, 2024

Çin COVID-19 ilə bağlı sərhəd nəzarətini gücləndirir

Çinin Milli İmmiqrasiya İdarəsi COVID-19-un yayılmasının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirib.

Banker.az xəbər verir ki, ölkədə yenidən alovlanan epidemiya ilə əlaqədardır.

Verilən məlumata görə, vətəndaşlardan ölkəni tərk etməmək xahiş olunub, eyni zamanda ölkəyə daxil olan əcnəbilərə ciddi nəzarət edilir. Xarici və çarter reyslərinə nəzarət gücləndirilib.

Xatırladaq ki, oktyabrın 17-də Çində koronavirusa yoluxma sayı artıb. Noyabrın 3-nə olan məlumata görə, 17 əyalətdə 500-dən çox insan yoluxub.

Daha əvvəl Çin ABŞ-ı COVID-19-un mənşəyini müəyyən etməkdə yanlışlıqlara yol verməkdə günahlandırıb. ABŞ koronavirusun yaranma səbəblərinə dair iki nəzəriyyə irəli sürüb: təbii olaraq insanın yoluxmuş heyvanla təmasından sonra və laboratoriya qəzası nəticəsində.

Son xəbərlər
Digər xəbərlər