Çinin Maliyyə Nazirliyi maliyyə sektorunun kapitalının gücləndirilməsi üçün ümumilikdə 54 milyard dollar həcmində genişmiqyaslı kapital inyeksiyası həyata keçirəcək. Reuters-in məlumatına görə, vəsait ölkənin ən iri dövlət bankları və sığorta şirkətlərinə yönəldiləcək.
China Life Insurance 35 milyard yuan, yəni təxminən 5,2 milyard dollar, China Taiping isə 7 milyard yuan alacaq. PICC Maliyyə Nazirliyinə qapalı səhm yerləşdirilməsi yolu ilə 15 milyard yuanadək vəsait cəlb etməyi planlaşdırır. China Reinsurance 3 milyard yuan, China Export and Credit Insurance isə 10 milyard yuan kapital əldə edəcək.
Bank sektorunda üç dövlət kreditoruna ümumilikdə 290 milyard yuan ayrılacaq. Onların arasında Agricultural Bank of China 160 milyard yuanadək, ICBC isə 100 milyard yuanadək vəsait əldə edəcək.
Bu vəsaitlər bankların birinci dərəcəli kapitalının artırılmasına və iqtisadiyyatın kreditləşdirilməsinin dəstəklənməsinə yönəldiləcək.
Kapital inyeksiyası aşağı faiz dərəcələri, zəif kredit tələbi və bəzi kiçik sığorta şirkətlərinin ödəmə qabiliyyətinin pisləşməsi fonunda Çinin maliyyə sektorunun dayanıqlığını gücləndirmək məqsədi daşıyır.







