9 C
Baku
Sunday, November 17, 2024

Çin elektromobil və hibrid avtomobil ixracını artırıb

Bu ilin sentyabr ayında Çin elektromobil və hibrid avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 107% artırıb.

Ötən ay Çindən xarici ölkələrə 91 min elektromobil və hibrid avtomobil tədarük olunub.

Bu cür avtomobillərin Çində əsas ixracatçısı “Tesla” olub. Şirkət avtomobilləri Şanxaydakı zavodundan xarici bazarlara göndərir. Belə ki, sentyabrda “Tesla” Çindən 30.5 min elektromobil ixrac edib.

Yerdə qalan həcmin əksər hissəsi isə yerli avtomobil istehsalçıları “BYD” və “SAİC”nin payına düşüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər