Çin hökuməti vergilərin aşağı salınmasının miqyasını daha da böyütməyi, dövlət xərclərini azaltmağı, kiçik və orta biznesi zəif iqtisadiyyatın stimullaşdırılması çərçivəsində dəstəkləməyi nəzərdə tutub. Bu məqsədə nail olmaq üçün milli valyutanın – yuanın sabitliyinin qorunması və ardıcıl, lakin çevik pul-kredit siyasətinin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, Çin Xalq Bankı iqtisadiyyatın likvidliyini nəzarətdə saxlamağa və sabit borc yükünü makro səviyyədə dəstəkləməyə çalışır. Bank fondlaşmanın dəyərinin aşağı salınmasına da səy göstərəcək. Maliyyə nazirinin müavini Süy Xuntsayın sözlərinə görə, vergilərin aşağı salınmasının hədəfində, ilk növbədə, kiçik biznes və emal sənayesi olacaq.