19 C
Baku
Thursday, April 25, 2024

Çin ilə Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının tərkibi dəyişib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının A.R tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir,

““Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının A.R tərəfindən tərkibi haqqında” A.R Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (A.R-nınQanunvericilik Toplusu, 2006, № 12, maddə 1134; 2012, № 2, maddə 117; 2014, № 2, maddə 112; № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

  • A.R-nıniqtisadiyyat naziri

Komissiyanın üzvləri

  • A.R xarici işlər nazirinin müavini
  • A.R maliyyə nazirinin müavini
  • A.R energetika nazirinin müavini
  • A.R nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
  • A.R mədəniyyət nazirinin müavini
  • A.R səhiyyə nazirinin müavini
  • A.R gənclər və idman nazirinin müavini
  • A.R kənd təsərrüfatı nazirinin müavini
  • A.R Dövlət Gömrük Komitəsi sədrinin müavini
  • A.R Dövlət Turizm Agentliyinin sədri
  • “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
  • A.R Dövlət Neft Şirkətinin vitse-prezidenti
  • A.R-nınÇin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər