Çin ilk dəfə olaraq zəngin insanların sayına görə liderlik edir. Qeyd edək ki, dünyanın ən zəngin insanlarının sayı ümumi əhalinin cəmi 10%-ni təşkil edir.
Banker.az xəbər verir ki, bu məlumat “Credit Suisse” bankının hazırladığı “Global Wealth Report” hesabatında əks etdirilib.
Bank dünyanın ən zəngin insanları arasındakı çinlilərin sayını 100 milyon, amerikanların sayını isə 99 milyon səviyyəsində qiymətləndirib. “ABŞ və Çin arasında gedən ticarət müharibəsinə baxmayaraq, hər iki ölkə sərvət toplamaqda müvəffəq ola bilmişdir (müvafiq olaraq 3,8 trilyon və 1,9 trilyon dollar)”, – tədqiqatın müəllifləri qeyd edirlər. Buna baxmayaraq, milyonçuların sayına görə ABŞ yenə də liderdir (18,6 milyon nəfər, Çində isə 4,4 milyon nəfər).
Dollar milyonerlərinin ümumi sayı il ərzində 1,1 milyon artaraq 47 milyon nəfərə çatıb. Qeyd edək ki, onların əllərində 158 trilyon dollardan çox vəsait və aktivlər var.
“Credit Suisse” bankının verdiyi məlumata görə, son bir il ərzində dünya rifahı 2,6% artaraq 360 trilyon dollara çatıb, bu da 2018-ci ilin ortaları ilə müqayisədə 1,2% çoxdur. Ən böyük artım İsveçrədə qeydə alınıb. ABŞ, Çin və Aİ dünya rifahının artmasına ən böyük töhfə verən ölkələrdən biridirlər.