15 C
Baku
Friday, April 26, 2024

Çin işıq pulunu rəqəmsal yuanla ödəməyə icazə verəcək

Çin sakinləri Çin Xalq Bankı tərəfindən yaradılan mobil tətbiqetmədən istifadə edərək, elektrik enerji xərclərini rəqəmsal yuanla ödəyə biləcəklər.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Qeyd olunur ki, ödəniş etmək üçün bank kartını tətbiqə bağlamağa ehtiyac olmayacaq.

Yeni funksiya hal-hazırda ÇXR-in doqquz şəhərində sınaqdan keçirilir: Syunan, Sucou, Çendu, Şanxay, Sian, Dalyan, Çanşa, Çindao və Pekin. İyulun 16-da Çin Xalq Bankı rəqəmsal valyutanın texniki xüsusiyyətlərini təsvir edən yuan layihəsi haqqında ağ kitab nəşr edib. Sənəddə xarici turistlərin 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları zamanı Çin banklarında hesab açmadan rəqəmsal yuandan istifadə edə biləcəkləri deyilir.

İyun ayının ortalarında Pekin sakinləri rəqəmsal yuanı nağd pula çevirmək imkanını əldə ediblər. Çin Sənaye və Ticarət Bankı (Industrial and Commercial Bank of China) paytaxtda 3 mindən çox bankomatda rəqəmsal valyutanın çıxarılmasına icazə verib.

Bundan əvvəl rəqəmsal yuan sahibləri ondan yalnız layihədə iştirak edən pərakəndə satış yerlərində istifadə edə bilirdilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər