9 C
Baku
Thursday, December 12, 2024

Çin Mərkəzi Bankı gözlənilmədən əks REPO əməliyyatları üzrə faizi endirib

Bazar ertəsi günü Çin Mərkəzi Bankı koronavirus pandemiyasından təsirlənən iqtisadiyyatı dəstək məqsədi ilə əks REPO əməliyyatları üzrə faiz dərəcəsini gözlənilmədən aşağı salıb.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən məlumat verir.

Mərkəzi Bankın saytında verilən məlumata görə, REPO əməliyyatları üzrə faiz dərəcəsi 2,40 faizdan 2,20 faizadək endirilib.

Çin Xalq Bankının müşaviri Ma Jun, dövlət mediasına bildirdi ki, pul siyasətini tənzimləmək üçün hələ kifayət qədər imkan var və məzənnə ilə bağlı qərar Çin şirkətlərinin işə başlaması, koronavirus probleminin qloballaşması və xarici iqtisadi mühitin pisləşməsi nəzərə alınmaqla qəbul edilib.

Çin iqtisadiyyatının birinci rübdə koronavirusa qarşı kəskin şəkildə müqavimət göstərəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər