Çin Xalq Bankı (Mərkəzi Bank) yuan məzənnəsini 241 baza punktu – 7,0931 dollar səviyyəsinə endirib. Tənzimləyicinin statistikasına görə, bu, 7 aprel tarixindən bu yana minimum nisbətdir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yuan məzənnəsinin zəifləməsi prosesi ardıcıl olaraq iki gün davam edib. Qeyd edildiyi kimi, Çin valyutasının hazırkı volatilniyi “əsasən koronavirusun xaricdə yayılması, ölkə daxilində epidemiyanın təsiri, həmçinin əsas makroiqtisadi göstəricilərin azalması” ilə əlaqədardır.
Materialda həmçinin qeyd olunur ki, “may ayında məzənnədəki dalğalanmaların 7,05-7,2 yuan çərçivəsindən çıxması mümkün deyil”. “ÇXR iqtisadiyyatının yenidən fəaliyyətə başlaması və makroiqtisadi göstəricilərin tədricən yaxşılaşdırılması Çin valyutasının məzənnəsini məqbul və tarazlaşdırılmış səviyyədə saxlayacaqdır”.