17 C
Baku
Tuesday, October 21, 2025

Çin nadir torpaq maqnitlərinin ixracını azaldıb

Çindən nadir torpaq maqnitlərinin ixracı sentyabr ayında azalıb. “Reuters” xəbər verir ki, bu, Pekinin resurs üstünlüklərindən ticarət müharibəsində silah kimi istifadə etməyə davam edə biləcəyi qorxularını artırıb.

Aprel və may aylarında da oxşar vəziyyət yaşanmışdı: Donald Trampın “güzgü tarifləri” elanından sonra Çin nadir torpaq metallarının ixracını məhdudlaşdıracağını bəyan edib, bu da dünyanın bir çox avtomobil istehsalçısı arasında ciddi narahatlıq yaradıb. İyun ayında məhdudiyyətlər aradan qaldırılsa da, indi problem yenidən qayıda bilər, deyə “Reuters” qeyd edir.

Avqustla müqayisədə ixrac 6,1% azalıb, bu isə Çin hökumətinin yeni ixrac lisenziyası məhdudiyyətlərini elan etməsindən əvvəl baş verib. Ardınca Tramp ticarət müharibəsini növbəti mərhələyə keçirmək hədəsi ilə çıxış edib.

İxrac istiqamətləri üzrə dinamika fərqlidir. Sentyabrda Çin nadir torpaq maqnitlərinin əsas alıcıları Almaniya, Cənubi Koreya, Vyetnam, ABŞ və Meksika olub. ABŞ-a tədarük 28,7% azaldığı halda, Vyetnama ixrac əksinə, 57,5% artıb.

İllik müqayisədə sentyabrda ixrac 17,5% artsa da, yanvar–sentyabr dövründə ümumi göstərici 7,5% azalıb.

“Reuters”in sorğuladığı ekspertlərin fikrincə, bu statistik dəyişikliklər bir daha sübut edir ki, Çin qlobal bazara təsir gücünü tam dərk edir.

Son xəbərlər
Digər xəbərlər