Çin qlobal təhlükəsizlik təşəbbüsünün konsepsiyasının mətnini dərc edib.
2022-ci ilin aprelində Çin lideri Si Cinpin tərəfindən irəli sürülən “Qlobal Təhlükəsizlik Təşəbbüsü” (“The Global Security Initiative Concept Paper”) dünyada sülhü qoruyur və bütün xalqların arzusu kimi qlobal inkişaf və rifahı təşviq edir.
Tədbir, həmçinin beynəlxalq böhranların əsas problemlərini həll etmək, bu sahədə idarəetməni təkmilləşdirmək və təhlükəsizliyin təşviqi üçün əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.