25 C
Baku
Wednesday, May 29, 2024

Çin rekord həcmdə neft idxal edib

Çin 2023-cü ilin sonunda xam neft alışında rekorda imza atıb. İdxal gündəlik orta hesabla 11,28 milyon barel olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Bu barədə “Reuters” Çinin gömrük məlumatlarına istinadən xəbər verib.

Buna COVID məhdudiyyətlərinin aradan qaldırılmasından sonra hərəkətliliyin və nəqliyyat sənayesində istehlakın artması səbəb olub. 2023-cü ilin yanvar-noyabr aylarında avtomobil yollarında sərnişin dövriyyəsi 43,6 faiz, hava nəqliyyatı isə 27 faiz artıb.

Bununla yanaşı, tikinti sektorundakı problemlər və istehsaldakı qeyri-müəyyənlik səbəbindən dizel yanacağına tələbat zəif olaraq qalır. Analitiklərin fikrincə, Çində neft istehlakı ilin birinci yarısında dörd faiz artacaq.

Bundan əvvəl məlum olub ki, 2023-cü ildə Çinin xarici ticarəti 2022-ci illə müqayisədə 5 faiz azalıb. İdxal 5,5 faiz, ixrac isə 4,6 faiz geriləyib. Pul ifadəsində xarici ticarətin həcmi 5,93 trilyon dollara çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər