10 C
Baku
Thursday, December 12, 2024

Çin Rusiya ilə ticarət əməkdaşlığını davam etdirəcək

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib ki, Ukrayna məsələsində böhran fonunda Rusiya və Çin normal və qarşılıqlı faydalı ticarət əməkdaşlığını inkişaf etdirməyə davam edəcəklər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz dəfələrlə bildirmişik ki, sanksiyaları problemlərin həlli üçün effektiv vasitə hesab etmirik, Çin həmişə qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxıb. Rusiya və Çin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda ruhunda normal ticarət əməkdaşlığını davam etdirəcəklər”, – mesajda bildirilir.

Bundan əvvəl Böyük Britaniya, Avropa İttifaqı, ABŞ və Kanada Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmişdi. Tədbirlər Rusiya banklarına, DXR və LXR-nin tanınmasını dəstəkləyən Dövlət Dumasının üzvlərinə, bəzi iş adamlarına, eləcə də şəxsən Vladimir Putinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı yönəlib. Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarının, habelə aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatları, o cümlədən Mərkəzi Bankın adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatları qadağan etmək qərarına gəlib.

Son xəbərlər
Digər xəbərlər