Çinin xarici işlər naziri Vanq Ti Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə onlayn görüşü zamanı bildirib ki, beynəlxalq ictimaiyyət Rusiya və Ukraynadan taxıl ixracı üçün tərəflərə tezliklə atəşkəs əldə etməyə kömək etməlidir.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Mövcud vəziyyətdə beynəlxalq ictimaiyyət Rusiya və Ukraynadan taxıl ixracı üçün “yaşıl dəhliz” açmalıdır. Çin bu məsələdə tərəflər arasında vasitəçilik etməyə hazırdır”, – deyə nazir söyləyib.
Daha əvvəl ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiya Ukraynanın milyonlarla ton taxıl ixracına əngəl törətdiyi üçün dünyada ərzaq böhranı daha da dərinləşir. Moskva isə öz növbəsində qlobal ərzaq böhranının anti-Rusiya sanksiyalarının səbəb olduğunu vurğulayıb.