9 C
Baku
Friday, December 13, 2024

Çin sərhədçiləri turistləri cəsus (şpion) proqram təminatını yükləməyə məcbur edirlər

Çin sərhədini keçdikdə, sərhədçilər cəsus (şpion) proqram quraşdırmaq məqsədilə sizdən smartfonunuzu tələb edə bilərlər.

Banker.az xəbər verir ki, belə proqramların əsas məqsədi smartfonda olan kontaktları, mesajları və qadağan olunmuş məlumatları köçürməkdən ibarətdir.

Nəzarət kampaniyası Çinin Sinçzyan-Uyğur rayonunda keçirilir. Xatırladaq ki, oxşar bir hadisə 2017-ci ildə də olub. Çin hökuməti vətəndaşları smartfonu skan edən xüsusi bir proqramı quraşdırmağa məcbur edib.

Ekspertlər bu tətbiqin işini nəzərdə keçirərək onun təhlükəli olduğunu müəyyən edə biliblər. Belə ki, proqramda istifadəçinin şəxsi məlumatlarının qorunması məsələsi nəzərə alınmayıb. Qeyd edildiyi kimi, məcburi yükləmə üçün vətəndaşlara WeChat vasitəsilə QR-kodu göndərilib.

Göründüyü kimi, cəsus  proqram təminatının yayılması planı turistlərə münasibətdə tətbiq olunmağa başlayıb. Tətbiq Android əməliyyat sistemi üçün tərtib edilib. Bir qayda olaraq, tətbiqi sərhədçi özü quraşdırır və o, faktiki olaraq smartfonu nəzarət altına götürmüş olur. iPhone istifadəçiləri üçün yoxlama fərqli qaydada həyata keçirilir: smartfon kompüterə qoşulur və nəzərdə keçirilir.

 BXAQ və ya “Fēng cǎi” adlı bu proqram, külli miqdarda informasiya toplayır – zənglər jurnalı, telefon kitabçası, mətni mesajlar, tətbiqlərin siyahısı, sosial şəbəkələrdəki hesablar və hətta təqvimdəki qeydlər.

Bundan əlavə olaraq, proqram cihazın yaddaş kartındakı məlumatları da skan edir. Qeyd edək ki, “qadağan olunmuş məlumatlar” siyahısına 73 min şəkil, video və audio yazı daxil edilib.

Çinin rəsmiləri və “Ninjing FiberHome StarrySky Communication Development Company Ltd” şirkətinin nümayəndələri bu məsələ ilə bağlı jurnalistlərin verdiyi sualların heç birinə cavab verməyib.

Proqramın özü “GitHub” saytında yerləşdirilib və istəyən hər bir kəs ondan istifadə edə bilər.  

 

 

Son xəbərlər
Digər xəbərlər