Çin avqustun 17-dən 19-dək Şandun əyaləti sahillərində Sarı dənizdə hərbi təlimlər keçirəcək.
Bu barədə ölkənin dəniz təhlükəsizliyinin təmin edilməsi administrasiyasının bəyanatında deyilir.
Təlimlərin keçiriləcəyi ərazilərdə gəmilərin keçməsi qadağan edilib.