Çinin “Liaoning Leader Investment Holding Group” şirkəti Özbəkistanda külək elektrik parklarının tikintisi üçün 720 milyon dollar ayırıb.
Layihələr Buxara, Səmərqənd və Nəvai vilayətlərində həyata keçiriləcək. İlkin mərhələdə ümumi gücü 600 MVt olan külək enerjisi qurğuları istifadəyə veriləcək.
Pilot layihə kimi Çin şirkəti Buxara vilayətinin Qijduvan rayonunda anemometrik qüllə quraşdırıb. Bu qüllələr küləyin parametrlərini müəyyənləşdirəcək, bundan sonra isə gələcəkdə inşa ediləcək külək enerji qurğularının yeri və tikintinin xarakteristikası dəqiqləşdiriləcək.
Bu şirkətlə Özbəkistanda enerji sisteminə qoşulma vasitələrinin modernləşdirilməsində innovasiya texnologiyalarından istifadə edilməsi haqqında da razılıq əldə olunub.
AzərTac