7 C
Baku
Sunday, December 15, 2024

Çin şirkətləri ABŞ birjalarında rekord həcmdə maliyyə cəlb etdilər

2020-ci ilin əvvəlindən Çin şirkətləri ABŞ birjalarında səhmlərin kütləvi yerləşdirilməsi yolu (IPO) ilə 11.7 milyard dollar cəlb ediblər.

Banker.az xəbər verir ki, CNBC-nin “Renaissance Capital”a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ildən bəri rekord göstəricidir.

Pekin və Vaşinqton arasında ticarət, iqtisadi və siyasi münasibətlərin kəskinləşməsinə baxmayaraq, Amerika investorlarının Çin şirkətlərinə marağı 2020-ci il ərzində artmağa davam etmişdir.

“Renaissance Capital”ın 17 dekabr tarixində yayımladığı hesabata görə, bu il Honkonqda qeydiyyatdan keçənlər də daxil olmaqla Çinin 30 şirkəti səhmlərini ABŞ birjalarında yerləşdirib.

Bu, amerikalı investorların Çin şirkətlərinə 25.7 milyard dollar sərmayə yatırdığı 2014-cü ildən bəri ən yüksək göstəricidir. Qeyd edək ki, bu məbləğin əsas hissəsini “Alibaba”nın (21.8 milyard dollar) payına düşür.

Ümimilikdə, 2020-ci ildə ABŞ-da ən uğurlu listinq “Lufax” maliyyə şirkəti və “Ke” onlayn əmlak platforması tərəfindən keçirilib. Onların IPO-ları son 12 ayda ABŞ birjalarında ilk onluğa çıxıb.

Eyni zamanda “Dada” (bakaley əmtəələrinin tədarükü), “BlueCity” (deytinq xidmətlərinin inkişafetdiricisi), “Xpeng” və “Li Auto” (elektrik avtomobil istehsalçıları) şirkətləri də böyük həcmdə maliyyə cəlb ediblər.

Analitiklər Çin IPO-larının ABŞ-dakı müvəffəqiyyətini, sərmayəçilərin koronavirus pandemiyasının təsirindən sürətlə qurtulmuş ölkələrə olan marağın artması ilə əlaqələndirdilər.

Xatırladaq ki, noyabr ayında “Forbes” dünyanın ən zəngin adamlarının sərvətinin 820 milyard dollar artması barədə yazmışdır. Ekspertlərin fikrincə, əgər bu dinamika davam edərsə, Çin milyarderlərin sayına görə ABŞ-ı ötüb keçəcək.

Son xəbərlər
Digər xəbərlər