“Reuters” agentliyinin mənbələrinə görə, Çin tənzimləyici qurumları “Warner Bros. Discovery” şirkətinin aktivlərinin “Paramount Skydance” tərəfindən 110 milyard dollara alınması ilə bağlı sövdələşməni təsdiqləyib.
Təsdiq Çin bazarında hər iki şirkətin film və televiziya məhsulları yaydığı üçün zəruri hesab olunurdu.
Çin bazarı yerli kino sənayesinin güclənməsi fonunda əvvəlki əhəmiyyətini qismən itirsə də, Hollivud studiyaları üçün hələ də vacib bazarlardan biri olaraq qalır.
Bundan əvvəl tərəflər sövdələşmə ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin Antimonopoliya İdarəsinin razılığını alıblar. Bundan əlavə, birləşmə artıq Avstraliya, Almaniya, Fransa və Səudiyyə Ərəbistanının tənzimləyici qurumları tərəfindən də təsdiqlənib. Tərəflər hələ Avropa İttifaqının razılığını əldə etməlidirlər.
“Paramount Skydance” şirkətinin “Warner Bros.” aktivlərini almaq planları barədə 2026-cı ilin fevralında məlumat verilmişdi. Alınacaq aktivlər paketinə kinostudiya, HBO Max striminq platforması, həmçinin CNN, TBS və TNT daxil olmaqla bir neçə kabel televiziya kanalı daxildir.
“Warner Bros.” səhmdarları sövdələşməni aprel ayında təsdiqləyiblər.







