6 C
Baku
Sunday, December 15, 2024

Çin Tayvana qarşı sanksiyalar tətbiq etdi

Çin hökuməti Tayvan Demokratiya Fondu və Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fonduna qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri İdarəsinin nümayəndəsi Ma Syaoquan bildirib.

“Bu strukturlar beynəlxalq səviyyədə “demokratiya” və “əməkdaşlığın inkişafı” adı altında Tayvanın müstəqilliyini elan etməyə yönəlmiş separatçı fəaliyyətlə məşğuldurlar”, – Ma Syaoquan deyib.

Onun sözlərinə görə, sanksiya tətbiq olunan fondlar “kənar anti-Çin qüvvələrini cəlb etmək, materikə hücum hazırlamaq və nüfuzdan salmaq üçün əllərindən gələni edirlər”.

Qərara əsasən, fondların Çində təşkilatlar, müəssisələr və şəxslərlə əməkdaşlıq etməsi qadağan olunur. Bundan əlavə, adları çəkilən fondları maliyyələşdirən və onlara xidmət göstərən təşkilat, müəssisə və fiziki şəxslərə qarşı sanksiyalar nəzərdə tutulub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər