8 C
Baku
Thursday, December 12, 2024

Çin Tayvana silah satışına görə üç ABŞ şirkətinə sanksiya tətbiq edib

Çin Xalq Respublikasının Ticarət Nazirliyi üç Amerika şirkətini Tayvana silah satan etibarsız təşkilatlar siyahısına əlavə edib.

Nazirlikdən bildirilib ki, “ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq məqsədilə” “General Atomics Aeronautical Systems”, “General Dynamics Land Systems”, eləcə də “Boeing Defence”, “Space & Security” şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir. Onlara Çinlə ticarətlə məşğul olmaq, eləcə də ölkəyə yeni investisiyalar qoymaq qadağan edilib.

Çin Tayvan administrasiyasının rəhbəri Lai Qingde vəzifəyə gəldiyi gün Amerika silah tədarükçülərinə qarşı sanksiyaları elan edib.

Tayvan 1949-cu ildən Çan Kayşinin (1887-1975) başçılıq etdiyi öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri ada kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Son xəbərlər
Digər xəbərlər