9 C
Baku
Thursday, December 12, 2024

Çin Tayvandan dəniz məhsulları idxalını dayandırıb

Çinin materik hissəsinin hökuməti 100-dən çox Tayvan şirkəti tərəfindən ixrac edilən dəniz məhsullarının idxalını dayandırıb.

Bu barədə Tayvan Beynəlxalq Radiosu məlumat yayıb.

Qadağa ümumi dəyəri 6 milyard Tayvan dollarından (196 milyon ABŞ dolları) çox olan məhsullara aiddir. Adanın Kənd Təsərrüfatı Şurasının sədri Çen Cijun bildirib ki, bu halda əsas ziyan kalmar, eləcə də Sakit Okean sauriyası və tuna balıq ovu ilə əlaqədar olan şirkətlərə dəyəcək.

Tədarükün dayandırılmasına Çində ixracatçıların daha mürəkkəb qeydiyyat prosedurundan keçməsini tələb edən yeni gömrük rəsmiləşdirilməsi sisteminin səbəb olduğu bildirilir.

Hazırda Tayvan səlahiyyətliləri problemi həll etmək üçün tələb olunan sənədləri araşdırır. Pekin bu məsələdə güzəştə getmək istəməsə, ada administrasiyası Ümumdünya Ticarət Təşkilatına şikayəti istisna etmir.

Son xəbərlər
Digər xəbərlər