7 C
Baku
Thursday, December 12, 2024

Çin tibbi maska satışından təxminən $90 mlrd. qazanıb

2020-ci ildə Çin fərdi qoruyucu vasitələrin tədarükünü dörd dəfə artıraraq, təxminən 90 milyard dollar qazanıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, koronavirus pandemiyasının ilk ilində tibbi maska və respiratorların ixracı ölkəyə 53.8 milyard dollar (2019-cu illə müqayisədə 48.8 milyard dollar çox) gəlir gətirib. İstehsalın kəskin artması qoruyucu vasitələrin üç qat baha qiymətə satılmasına mane olmayıb və onların maya dəyərini 5030-720% artırıb.

ABŞ-ın Peterson adına Dünya İqtisadiyyatı İnstitutunun (PIIE) hesablamalarına görə, 2020-ci ildə Çinin üz qoruyucu vasitələri 16.8 milyard dollar, qoruyucu kostyumlar – 10.08 milyard dollar, əlcəklər – 3.9 milyard dollar gəlir gətirib.

Hesabatda deyilir ki, təchizatın kəskin artmasına baxmayaraq, Çindən gələn maskalar “partlayıcı” sürətlə artan qlobal tələbatı ödəmək üçün kifayət etməyib. 2020-ci ildə Çindən qoruyucu vasitələrin əsas alıcıları ABŞ (24.6 milyard dollar) və Avropa Birliyi ölkələri (23.4 milyard dollar) olub.

Bununla yanaşı, ABŞ hökuməti Çindən qoruyucu vasitələrin idxalına rüsum tətbiq edib ki, bu da tələbatı ödəməyə imkan verməyib. 2020-ci ilin yazında ABŞ-da demək olar ki, bütün tibbi maska, respirator, əlcək və xələt ehtiyatları tükənib.

Son xəbərlər
Digər xəbərlər