Çin transmilli əməliyyatlarda yuanın istifadəsini genişləndirməyə davam etmək niyyətindədir: bu məqsədlə ölkə xarici mərkəzi banklar və valyuta tənzimləyiciləri tərəfindən yuanın yığılması üçün şərait yaratmaq məqsədilə ticarət və investisiya təşviqi proqramına başlayacaqdır.
Banker.az xəbər verir ki, bu barədə Çin Xalq Bankının saytında yerləşdirilən hesabatda deyilir.
“Biz getdikcə daha çox xarici treyderin xam neft, dəmir filizi və digər malların fyuçers ticarətində yuandan istifadə edəcəyinə ümid edirik”, – sənəddə deyilir.
Beynəlxalq ticarət əməliyyatlarında yuanın istifadəsi, bu il koronavirus pandemiyasının qlobal ticarət, maliyyə və bütövlükdə iqtisadiyyata vurduğu zərbəyə baxmayaraq, dayanıqlı artım göstərib. Ekspertlərin qeyd etdiyi kimi, xaricdəki mərkəzi bankların 70%-dən çoxu yuanı qızıl və valyuta ehtiyatlarına daxil edib.
“Çin kapital bazarı daha da açıq ola bilər ki, bu da yuanın sərbəst hərəkətini nəzərdə tutur”, – deyə Beynəlxalq Valyuta Fondunun Çin üzrə mütəxəssisi qeyd edir.