22 C
Baku
Friday, April 19, 2024

Çin və ABŞ arasında ticarət dövriyyəsi 15% azalıb

ÇXR-in gömrük idarəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ABŞ və Çin arasında ticarət dövriyyəsi 14,8% azalaraq 402,7 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, Çinin ABŞ-a ixracı 10,7% azalaraq 311,99 milyard dollara, ABŞ-ın Çinə tədarükü isə 26,4% azalaraq 90,7 milyard dollara çatıb.

Sentyabrda ÇXR-in ABŞ-a ixracı 46 milyard dollar, ABŞ-dan idxalı isə 10,6 milyard dollar təşkil edib.

Cari ilin ilk üç rübündə Çinin xarici ticarət həcmi 2,8% artıb.

Bu ilin ilk doqquz ayında Çinin ümumi xarici ticarət dövriyyəsi 22,91 trilyon yuana (təxminən 3,23 trilyon dollar) çatıb, ixrac 5,2% artıb, idxal isə 0,1% azalıb.

Gömrük idarəsindən verilən məlumata görə, bu müddət ərzində Çinin xarici ticarətinin müsbət saldosu 44,2% artaraq 2,05 trilyon yuan təşkil edib.

2018-ci ilin nəticələrinə görə, ABŞ və Çin arasında ticarət dövriyyəsi 28.5% artaraq 633.5 milyard dollara çatmışdır: Çinin ABŞ-a ixracı 11.3% artaraq 478.4 milyard dollar, ABŞ-dan idxalı isə 0.7% artaraq 155,09 milyard dollar təşkil edib. 2018-ci ildə Çinin xeyrinə ticarət saldosu 2017-ci ildəki 275.8 milyard dollardan 323.3 milyard dollara qədər artıb.

Son xəbərlər
Digər xəbərlər